Ermənistan ordusunun hərbi hissə komandiri öldü

DÜNYA
22:00 / 01.08.2020
1714

Bu gün Ermənistanın Qeğarkunik vilayətində avtoqəza baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 14:00 radələrində Sevan-Tsovaqyuğ-Şorja avtomobil yolunun 47 km hissəsində hələlik naməlum şəraitdə BMW markalı avtomobil yolda aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə "Tsambarak" tibb mərkəzinə yerləşdirilib.

Məlumata görə, ölmüş şəxs Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində komandir kimi xidmət edən 38 yaşlı A.Q-dır və o, sərnişin olub, sürücü isə 46 yaşlı K.K-dır.

1