"Qızıl buts"un sahibi bəlli oldu - RƏSMİ

İDMAN
11:48 / 02.08.2020
1381

2019/20ci illər mövsümü üzrə "Qızıl buts" mükafatını qazanan futbolçunun adına aydınlıq gəlib.

Fəxri mükafata "Latsio" klubunun hücumçusu Ciro İmmobile sahib çıxıb.

A Seriyanın 38-ci turunda "Napoli" ilə matçda fərqlənən futbolçu vurduğu qolların sayını 36-ya çatdırıb.

Bununla da 37 oyunda 36 qol və 8 məhsuldar ötürmə verən 30 yaşlı italiyalı forvard ən yaxın izləyicisi Robert Levandovski və Kristiano Ronaldonu qabaqlayıb.

0
Offsideplus.az