Azərbaycanda nə qədər qadın zorakılıqla üzləşib? – Rəsmi açıqlama

ÖLKƏ
16:30 / 02.08.2020
878

Bu ilin yarım ili ərizində zorakılığla bağlı törədilmiş cinayətlərin ümumi sayı 3017 təşkil edib, ötən illə müqayisədə 125 fakt (-4%) azalıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.

Bunlardan qadınlara qarşı törədilmiş faktların sayı 1116 (-123; -9,9%) təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 (-6,2%) fakt azalmaqla cari ilin birinci yarısında ailə münaqişəsi zəminində respublika üzrə 607 cinayət törədilib ki, bunun da 245-i (-13 və ya -5%) Bakı şəhərinin payına düşür.

1