Fazil Məmmədovun kürəkəni İngiltərədə MİLYONLUQ BİNA ALDI - FOTO

ÖLKƏ
10:13 / 03.08.2020
2773

Sabiq Vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərənin Nottinqem şəhərinin mərkəzində 1.5 milyon funt sterlinq (3,3 milyon manat) dəyərində binanı satın alıb.

HİT.Az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Qeyd olunur ki, Nottinqem şəhərinin NG1 6JB, Long Row küçəsindəki 50, 51 və 52 saylı ünvanı əhatə edən əmlak bu ilin yanvar ayında “NovaLoca” əmlak agentliyi vasitəsilə satışa təqdim edilib. 

Binanın ümumi sahəsi 1791 kvadrat metrdir. Ticarət obyektlərindən ibarət alt mərtəbəsinin sahəsi isə 475 kvadratmetrdir və 2021-ci ilin mart ayınadək qüvvədə olan illik icarəsi 90 min fint sterlinq təşkil edir.

İyulun 10-da Əbdül Əliyev binanı satın almaq barədə razılaşıb. İyulun 20-də isə keçmiş nazirin kürəkəninə məxsus “NOAP PROPERTIES LIMITED” şirkəti Dartforddakı “The Bridging Group Limited” maliyyə şirkəti ilə müqavilə bağlayaraq satınalmanı reallaşdırıb. “NOAP PROPERTIES LIMITED” 2019-cu il iyunun 27-də Əbdül Əliyevin təsisçiliyi ilə Londonda qeydiyyatdan keçib.

Əbdül Əliyevin atası Namiq Əliyev Vergilər naziri Fazil Məmmədovun müavini olub.

2