İlk özümə hörmət qoyuram - Gülay bahalı geyimlərindən danışdı

MAQAZİN
13:23 / 03.08.2020
2037

Müğənni Gülay Zeynallı bahalı libaslar geyinməsi haqda xəbərlərə münasibət bildirib.

Sənətçi "7 canlı" proqramında geyimlərindən danışıb. O, "Ən bahalı geyiminə nə qədər pul xərcləmisən? Səni hələ də yandırır" sualına belə cavab verib:

"Heç də yandırmır. Geyimə pul verəndə narahat olmuram. Həyatda hər zaman ilk özümə hörmət qoymuşam. Allah mənə ruzi verirsə, özümüzə xərcləməyi bacarmalıyıq".

0
Axsam.az