Bakı-Quba yolunda qəza, yaralı var - FOTO

ÖLKƏ
06:45 / 10.05.2020
1685

Bakı-Quba yolunda maşın ağaca çırpılıb.

Hadisə Bakı-Quba yolunun 155-ci kilometrliyinin Pirvahid kənd ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı Vaz2107 markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə sürücü - Quba rayon Paşaoba kənd sakini Adim Vəliyev ağır bədən xəsarətləri alıb. Yaralını Quba Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Emin Gülağaoğlu

0
Qafqazinfo.az