Rusiyalı milyarderlərin bu ilin ötən dövründə 23,1milyard dollar itirib.
Rusiya mətbuatı bildirir ki, ilk sırada "NOVATEK rəhbəri Leonid Mixelson durur. O, 5,34 milyard dollar itirib. LUKoyl rəhbəri Vahid Ələkbərovun bu il itirdiyi məbləğ 5,18 milyard dollardır. Üçüncü yerdə Gennadi Timçenko dayanır- 4,81 milyard dollar.
Bu barədə məlumatlar “Bloomberg Billionaires Index (BBI)" reytinində də yer alıb.
İndeks əsasən aksiyaların bazar dəyəri əsasında hesablanıb.
Sözügedən reytinqdə dünyanın 500 ən varlı insanının adı yer alıb. Hazırda siyahıda 23 rusiyalı var.
İtkilər dünyada pandemiyaya görə yaranan vəziyyətlə əlaqədardır.
Cebhe.info