“Hesab edirik ki, şagirdlər tədris proqramının müəyyən hissəsini mənimsəyiblər. Təəssüf ki, pandemiya bu sahədə də müəyyən problemlər yaradıb”.
Bu sözləri ATV-də efirə gedən “ATV Qərargah” verilişinin qonağı olan Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov deyib.
C.Valehov məktəblilərin yay tətilinin ləğv edilib-edilməyəcəyilə bağlı suala da cavab verib: “Hələlik bununla bağlı hər hansı qərar qəbul edilməyib. Amma hesab etmirik ki, yay tətilinin ləğvi yaxşı təcrübədir”. // Yenisabah