Ağcabədidə avtomobil qəzası: ölən var

ÖLKƏ
17:03 / 03.08.2020
919

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası olub.

HİT.Az xəbər verir ki, rayonun Qayıdış qəsəbəsi ərazisində Y.Məmmədzadə idarə etdiyi “VAZ-21114” markalı avtomobillə yolun kənarında dayanmış Xocavənd rayon sakini Ömər Rüstəmovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.

0