"Çimərliklərlə bağlı ölkə rəhbərliyinin tapşırığı ilə monitorinq qrupları yaradılıb və monitorinq aparılıb".
HİT.Az-ın verdiyi xəbərə görə, bunu ASAN Xidmətin sədri Ülvi Mehdiyev deyib:
"Karantin dövründə işləməsi üçün şəraiti olan çimərliklər müəyyən edilib və cimerlik.az saytında 100-dən çox çimərlik barədə məlumat yerləşdirilib."
O bildirib ki, çimərliyin doluluq səviyyəsi tam dolubsa, əlavə şəxs ora buraxılmayacaq. Çimərliklər səhər 8-dən axşam saat 21-dək fəaliyyət göstərəcək. Hər bir çimərliklərdə könüllülər fəaliyyət göstərəcək. Onlar tələblərə riayət olunmasının monitorinqini həyata keçirəcəklər. Əgər çimərlik 500 nəfərlikdirsə, artıq 501-ci şəxs ora buraxılmayacaq.