Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi general-leytenat Firudin Nəbiyev vəfat edib.
Hit.Az xəbər verir ki, bu barədə gununsesi.info-ya generala yaxın mənbələrdən bildirilib.
Məlumata görə, Firudin Nəbiyev bir müddətdir ki, xəstə idi. Ürəyində problemlər olan general infarkt keçirib.Qeyd edək ki, Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olmuşdur. 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.1988-ci ilin avqust ayından Azərbaycan Respublikasının Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır.
24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2003-cü il tarixli, 1286 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli, 1613 nömrəli Sərəncamı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir.16 yanvar 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2627 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini –Sərhəd Qoşunlarının Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.