"Netflix"in ən yüksək büdcəli 5 filmi – TOP 5

DÜNYA
22:35 / 04.08.2020
1262

Onlayn seriyal və film platforması olan Netflix milyonlarla abunəçiyə malikdir. Xüsusilə koronavirus zamanı karantin günlərində Netflix daha çox abunə qazanıb.

Hit.Az techland.az-a istinadən bildirir ki, statistikaya görə platforma son iki il ərzində, xüsusilə də film büdcələrini əhəmiyyətli dərəcədə artırmağa başlamışdır.

Ən yüksək büdcəli filmlər isə bunlardır:

1.The İrisman (2019)

Martin Scorcesen'in rejissorluğu ilə "The Irisman" ustad aktyorların oynadığı filmdir. Robert De Niro və Al Paçino kimi ikonik adları bir araya gətirən filmin büdcəsindən çox söz-söhbət edilmişdi. "İrlandiyalı"nın ümumi büdcəsi isə 160 milyon dollar təşkil edir.

2. 6 Undergrounds (2019)

6 Undergrounds ekşın filmlərinin məşhur rejissoru Michael Bay çəkdiyi və Marvel filmlərində Deadpool'u canlandıran Ryan Reynolds da yer aldığı filmdir. Film tənqidçilər tərəfindən aşağı xal alsa da, platformada rekordlardan biri olan 83 milyon dəfə baxılmışdır. Filmin ümumi büdcəsi 150 milyon dollardır.

3. Triple Frontier (2019)

Triple Frontier, baş rolda Ben Affleck, hərəkət sevənlər üçün baxımlı filmdir. Platformada 64 milyondan çox izləyiciyə çatan film üçün Netflix ümumilikdə 115 milyon dollardan çox büdcə ayırıb.

4. Bright (2017)

Bright 2017-ci ilin sonlarında ekrana çıxıb və ölkəmiz də daxil olmaqla bütün dünyada böyük PR tədqiqatları aparılıb. Uill Smitin baş rol aldığı 90 milyon dollar büdcəsi olan film uzun müddət Netflix'in ən yüksək büdcəli filmi olmuşdur.

5. Red Notice

Red Notice filminin, Dwayne "The Rock" Johnson, Ryan Reynolds, Gal Gadot da daxil olmaqla, ekşın yönümlü film olacağı gözlənilir. Təəsüf ki, hazırda film haqqında çox şey bilmirik ancaq filmin büdcəsinin 160 milyon dollarla 200 milyon dollar arasında olması ehtimal edilir.

 

0