Elnarə Xəlilova gileyləndi: “Bu iki ay mənim üçün dəhşətli keçdi”

MAQAZİN
02:18 / 17.05.2020
1608

“Karantin müddətində bu iki ayı qonşularımız hər gün konsertə qulaq asdılar. Karantindən öncə uşaqlar günlərinin yarısını məktəbdə keçirirdilər, müəllimlərini qışqırdırdılar. Evə də gələndən sonra bizi qışqırdırdılar. Uşaqlar karantində 24 saat evdə qaldıqları üçün ancaq mən qışqırırdım (gülür)”.

Bu sözləri müğənni Elnarə Xəlilova “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramında deyib.

Sənətçi keçirdiyi karantin günlərindən söz açaraq, “Birtəhər bu iki ayı dözüb, başa vurdum” deyərək, fikirlərini belə izah edib:

“Bu iki ay mənim üçün dəhşətli keçdi. Zorla səbrimi basdım. Bu iki ayı heç yerə getmədim, heç kimlə də görüşmədim. Evdən küçəyə çıxmadım, evə də heç kimi buraxmadım. Dedim ki, oturun evinizdə, gəlməyin bizə”.

Elnarə karantin rejimi yumşaldıqdan sonra hər gün gözəllik salonlarına gedib, baxımlar etdiyini də dilə gətirib:

Mayın dördündən karantin rejimi yumşaldı, salonlar açıldı. Bu fürsəti əldən vermədim. Hər gün gözəllik salonuna getdim. Bir gün saçımı, bir gün manikür, bir gün də pedikür etdim”.

Qeyd edək ki, Elnarə Xəlilova telejurnalist Rövşən Cahangirovla ailəlidir. Onların Burlaxatun adlı bir qızı, Ərtoğrul, Tuğər və Öndər adlı üç oğlu var.

0
Oxu.Az