Dövlət tərəfindən təmir olunan evə hələ köçməmişəm. Hazırda Naxçıvandayam. Bakıya qayıdandan sonra atamın evinə köçməyi düşünürəm.
Bunu Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib. Onun sözlərinə görə, I vitse-prezidentin göstərişi ilə təmir olunan ev atasının sağlığındakı kimi saxlanılacaq:
“Həmin evdə Əbülfəz Elçibəyin ev muzeyi də fəaliyyət göstərəcək. Ev necədirsə, elə də qalacaq. Maşını, əşyaları olduğu kimi saxlanılacaq. Muzeydən başqa nəsə fikirləşməmişəm, yəqin ki, başqa nələrsə də olacaq”.
Axar.az