Bu ölkə Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verdi

ÖLKƏ
14:52 / 04.08.2020
1129

Azərbaycan Monteneqroya giriş üçün epidemioloji təhlükəsiz ölkələrin "yaşıl siyahısına" daxil edilib.

Bu barədə Monteneqronun Milli Koordinasiya Şurası qərar qəbul edib. 

Bununla Azərbaycan vətəndaşlarına COVID-19 ilə bağlı əlavə tələblər olmadan Monteneqroya girişinə icazə veriləcək.

1 iyun tarixindən etibarən Monteneqro hökuməti ölkəyə xüsusi giriş meyarlarını tətbiq etməyə başlayıb. Bu qaydalara görə, 100 min nəfərə 25-dən çox yoluxma halı qeydə alınan ölkələrin vətəndaşları üçün sərhədlər bağlı olacaq.

0
“Qafqazinfo”