2 polisin qatili 25 il sonra Azərbaycanda YAXALANDI

DÜNYA
15:25 / 04.08.2020
1372

Rusiyanın paytaxtı Moskvada 1995-ci ildə törədilən qətlin üstü açılıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 1995-ci il iyunun 10-da şəhərin Bulatin küçəsində 2 polis əməkdaşı – Aleksandr Kozıryev və Qriqori Aleksandrov başından güllələnərək qətlə yetirilmişdilər. 1 ay sonra cinayət işi ilə bağlı 24 yaşlı Oleq Babayev axtarışa verilmişdi.

Onu cinayəti törətdikdən sonra Azərbaycana qaçdığı və burada da 2002-2015-ci illərdə başqa ağır cinayətlə bağlı həbs yaşadığı məlum olub. Azərbaycanda Oleq Babayev adını Pavelə dəyişmişdi. Qətldən 25 il sonra Oleq Babayev Moskva məhkəməsinin qarşısına çıxacaq.

0