Bu çimərliklər istifadəyə yararlıdır - Nazirlik

ÖLKƏ
16:32 / 04.08.2020
1494

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərliklərdə monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən HİT.Az-a bildirilib ki, aparılan monitorinq və araşdırmaların nəticələrinə görə Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır. 

Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.

0