Azərbaycanda sosial şəbəkələr vasitəsilə koronavirusun dərmanı satılır – FOTO

ÖLKƏ
18:10 / 05.08.2020
1196

Azərbaycanda "instagram" vasitəsilə koronavirusun müalicəsində effektiv təsirə malik olduğu iddia edilən "Favipiravir" dərmanı satılır.

Dərman sosial şəbəkələrdə 180-200 manatdan təklif edilir. Qeyd edək ki, iyun ayında TƏBİB sözügedən dərmanla bağlı açıqlama vermiş və bunun koronavirusla mübarizədə ən effektiv vasitələrdən biri olduğunu bildirmişdi:

"Favipiravir – müxtəlif növ RNT-virusları, o cümlədən koronovirus SARS-CoV-2, əleyhinə dərman vasitəsi kimi istifadə olunan kimyəvi tərkibdir. Dərman vasitəsi ilk dəfə qrip əleyhinə müalicə vasitəsi kimi Yaponiyada istehsal olunub və qripdən əlavə, ağır viruslu infeksiyaların müalicəsi üçün təsdiqlənmişdir. Yaponiyada Favipiravir tərkibli dərman vasitəsinin ticarət adı "Aviqan"dır.

Favipiravirin koronavirus aleyhinə effektivliyi 2020-ci ilin mart ayında Çinin Uhan və Şençjen şəhərlərində aparılmış kliniki tədqiqatlar nəticəsində sübut olunmuşdur. Müayinənin nəticələri göstərmişdir ki, Favipirivarin təsiri altında koronovirusun insan orqanizmində mövcudluğu 11 gündən 4 günə qədər azalır və 91% xəstələrin virusla zədələnmiş ağciyərlərində vəziyyətin yaxşılaşması müşahidə olunur, halbuki Favipiraviri qəbul etməyən kontrol qrupda vəziyyəti yaxşılaşan xəstələrin sayı 62% təşkil etmişdir. Favipiravir preparatının özəlliyi ondan ibarətdir ki, onun təsirinə dözən virus hələ ki, aşkarlanmayıb". (yeniavaz.com)


Sonxeber.az Telegramda izləyin
 

1
Sonxeber.az