Daha bir paytaxtda partlayış: Hökumət binaları hədəf alındı

DÜNYA
19:33 / 05.08.2020
1109

İraqın paytaxtı Bağdadda hökumət binalarının yerləşdiyi əraziyə raket zərbələri endirilib.

Bu barədə İraqın “Əl-Süməriyyə” telekanalı məlumat yayıb.

Məlumatda raket zərbələrinə tuş gələn ərazidə ABŞ səfirliyinin yerləşdiyinə diqqət çəkilib. Partlayış səslərindən sonra səfirlikdə “həyəcan” siqnalının verildiyi vurğulanıb.

Hücumun kim tərəfindən təşkil edildiyi deyilməyib.

0
Teleqraf.com