Nazim Cəfərsoyun anası koronaya yoluxdu

ÖLKƏ
12:50 / 17.05.2020
1132

QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoyun anası koronavirusa yoluxub.

Bu barədə N.Cəfərsoy Feysbuk hesabında qeyd edib.

O bildirib ki, hazırda anası xəstəxanada müalicə alır:

“Anam süni tənəffüs aparatına (entübe) qoşulub. “Yeni klinika”da koronovirusla həyat mübarizəsi aparır...

Bu müddət ərzində prosesdə xəstəmizə və ailəmizə dəstək verən bütun dəyərli dostlara, həkimlərə və TƏBİB işçilərinə təşəkkür edirəm. Ümid edirəm ki, nəticə anam üçün yaxşı olar”.

N.Cəfərsoy sonda “boş-boş və çox zərərli sözlərə” fikir vermədən, hamını koronovirusdan özünü və yaşlıları qorumağa səsləyib.

0
Axar.az