5 ay karantin olmaz, bu, insanlığa ayıbdır - Cahid Şahbazov

ÖLKƏ
15:19 / 05.08.2020
1750

"Karantinin 5 ay davam etməsi bacarıqsızlığın bariz nümunəsidir" - Azərbaycanlı həkim

Tanınmış oftalmoloq Cahid Şahbazov karantin rejiminin uzadılmasından narazı olduğunu bildirib.

HİT.Az xəbər verir ki, o, qəbul edilən son qərarlara görə Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in fəaliyyətindən şikayət edib:

“Bir vətəndaş və həkim olaraq etiraf etməyi özümə borc bilirəm. Mən Operativ Qərargah və TƏBİB-dən narazıyam. Dövlət hesabına xaricdə 12 il təhsil almış bir həkim olaraq TƏBİB-ə səslənirəm, hətta vətəndaş olaraq tələb edirəm. Mən və mənim kimi onlarla həkim üçün brifinq təşkil edin, təkliflərimizi, iradlarımızı dinləyin. Müzakirə edək, ortaq elmi şura qəbul edilsin. Yerli və xarici mütəxəssislərlə yanaşı, xalqla sıx təmasda olan mən və mənim kimi həkimlərin təklifləri möcüzə yaratmasa da, yararlı ola bilər”.

C.Şahbazov həmçinin qeyd edib ki, karantin rejimi 5 ay davam edə bilməz: "Bu, bacarıqsızlığın, təcrübəsizliyin bariz nümunəsidir! Bu insanlığa ayıbdır!"

0