Azərbaycanda viruslu xəstələr üçün ayrılan xəstəxanaların sayı ARTIRILDI

ÖLKƏ
16:01 / 05.08.2020
789

Koronavirus xəstələrinin müalicəsi üçün xəstəxanalarda əlavə çarpayıların ayrılması hesabına biz yerlərlə bağlı ehtiyatlarımızın hamısını istifadə etməmişik.

HİT.Az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Azərbaycanda koronavirusla mübarizə istiqamətində görülən işlərin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüsək qiymətləndirildiyini deyən R.Bayramlı bildirib ki, COVİD-19 xəstələri üçün ayrılmış xəstəxanaların sayı 46-ya çatdırılıb. Onların arasında hər biri 200 çarpayı olmaqla, 10 modul tipli xəstəxana var.

0