2020-ci ildə Azərbaycanda uşaqlara ən çox verilən adlar açıqlanıb.
Bu ilin ilk ayından indiyədək uşaqlara ən çox verilən adlar son bir neçə ildə olduğu kimi Yusif və Zəhradır:
Rəsmi məlumata əsasən, qızlara və oğlanlara verilən adların ilk onluğunu təqdim edirik:
OĞLANLAR:
Yusif (539) Uğur (533) Əli (516) Hüseyn (488) Ömər ( 327) Məhəmməd (321) Murad (310) Raul (255) Ayxan (254) Tunar (239)
QIZLAR:
Zəhra (533) Məryəm (432) Zeynəb (400) Mələk (388) Aylin (360) Fatimə (354) Nuray (342) Nilay (295) Dəniz (269) İnci (264)
Qeyd edək ki, son 5 ilin statistikasına görə, ilk onluqda Yusif (11843), Zəhra (11300), Əli (9290), Hüseyn (8767), Nuray (7898), Zeynəb (7242), Məryəm (6897), Aylin (6787), Uğur (6767), Ömər (6700) adları qərarlaşıb.