Kişinin maddi problemi olur, acığını arvaddan çıxır - Aqil Abbas

ÖLKƏ
12:00 / 06.08.2020
865

Son dövrlər qadına şiddət və qadınların qətlə yetirilməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik.  

HİT.Az xəbər verir ki, mövzu ilə bağlı Unikal.org-a açıqlama verən millət vəkili Aqil Abbas bu kimi cinayətlərin insanların psixoloji durumu ilə bağı olduğunu deyib. Millət vəkili bildirib ki, bəzən kişinin maaşı az olur, işdə əsəbləşir və ya müdirə bir söz deyə bilməyəndə gücü evdə arvada çatır:  

“Qardaş Türkiyədə də bu hal olduqca geniş yayılıb, hətta deyərdim ki, dəhşətli dərəcədədir. Bəzən günə 2 qadın öldürülür, bəzən daha artıq. Türkiyə ilə müqayisədə o dərəcədə olmasa da, bəli, bizdə də bu hal var. Adətən şiddətə məruz qoyan, döyən qadını xəyanətdə günahlandırır. Mən Azərbaycan qadınının xəyanətdə ittiham edilməsinə inanmıram. Sadəcə olaraq, elələri həbsxanaya düşəndə xəyanət sözü işlədirlər ki, orda hörmətli olsunlar, hörmətlə qarşılansınlar. Çünki cəmiyyətimizdə xəyanət bağışlana bilməz. Deyəcəklər ki, namus üstündə olub, haqlı çıxaracaqlar. Bəzən qadına şiddətə 50 dənə problem səbəb ola bilir. İnsanların psixoloji vəziyyətləri yaxşı deyil, pandemiyadır, işsizlikdir. Bəzən kişinin maddi problemi olur, işdə əsəbləşir, acığını evdə arvad-uşaqdan çıxır. Yəni, elələrinin heç kəsə gücü çatmayanda, gücü evdə arvada çatır”.  

0