"SMS-icazə, eləcə də icazə portalından istifadə etməklə yaşayış yerini tərk etməklə bağlı tələblər ləğv edildikdən sonra, bu istiqamətdə aşkar olunan inzibati xətaların sayında kifayət qədər azalma var".
Bunu HİT.Az-a açıqlamasında Azərbaycan Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev deyib. O bildirib ki, ötən gün respublika üzrə karantin rejiminin pozulmasına görə 371 nəfər cərimə olunub:
"Onlardan 303 nəfəri İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsi ilə, yəni karantin rejiminin pozulmasına görə, 68 nəfər isə tibbi maskalardan istifadə etmədiyinə görə məsuliyyətə cəlb olunub".
Çingiz Səfərli