Azərbaycanda toylar uzun müddət keçirilməyəcək - AÇIQLAMA

ÖLKƏ
20:41 / 06.08.2020
1340

"Azərbaycanda toylarda insanlar kütləvi şəkildə iştirak etdiyi üçün uzun müddət keçirilməyəcəyini deyə bilərik"

Bunu tibb üzrə fəlsəfə doktoru, uroloq-androloq Vasif İsmayıl deyib:

"Azərbaycanda açıq havada toyların keçiriləcəyinə inanmıram. Burada toy ənənəsi bildiyimiz lotereya oyunudur. Karantin rejimində yumşaldılma olarsa, toy adətləri eyni qaydada keçirilə bilər.

Koronavirus pandemiyası tam nəzarətə alınandan sonra toyların keçirilməsi baş tuta bilər. Bu o deməkdir ki, yeni yoluxanlar var, amma onların sayı minimal həddədir və belə qaydada davam edəcək. Məsələn, Azərbaycanda gündəlik yoluxma sayı 20-30 nəfər olaraq bir ay davam etsə, inandırım ki, 50 adamın iştirak etməsi şərti ilə toylara icazə verəcəklər. Bir də koronavirusa qarşı peyvənd çıxarsa, toyların keçirilməsinə icazə veriləcəyini demək olar".

 

1
Sonxeber.az