"Həmişə demişəm, mən ön cəbhədən qorxmuram. Bilirəm ki, ermənidir, satqındır və mənə tüfəng qaldırandır. Mən arxa cəbhədən qorxuram – satqınlardan yox, satılmışlardan qorxuram".
HİT.Az xəbər verir ki, bunu xalq artisti Afaq Bəşirqızı Unikal.org-a müsahibəsində deyib. O, vaxtilə Sumqayıt hadisələrinin səbəbkarı kimi göstəriləndə, akademik Aqanbekyanın onun həbsini güllələnməyini çox istədiyini bildirib.
"Aqanbekyan mənim öldürülməyim üçün durmadan erməni təşkilatlarına teleqram vururdu. Mən bu gün də susmuram, həqiqətləri deməkdən çəkinmirəm. Onlar mənim zəkama və gücümə bələddirlər, ona görə mənimlə açıq savaş etməkdən qorxurlar, dürüst deyillər".