Milli Məclis işsizliklə bağlı qanuna dəyişikliyə də “hə” dedi

ÖLKƏ
11:41 / 07.08.2020
975

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

HİT.Az xəbər verir ki, dəyişikliyə əsasən, Fondun gəlir və xərcləri artırılır. Sənəddə qeyd edilib ki, 2020-ci il üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri və xərcləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənib. Qanun layihəsinə təklif olunan dəyişiklikdə isə qeyd edilib ki, fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilsin. Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 5 milyon manatdan 10 milyon manata qaldırılması təklif edilir. Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

0
Modern.az