"Uşaq müavinətlərinin növləri çoxdur. Hazırda Azərbaycanda 10 növ uşaq müavinəti (uşaq pulu) verilir. Birdəfəlik, ünvanlı və s."
Bu barədə Vətəndaşların Əmək Huquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib:
“Ona görə də kimsə "uşaq pulu" verilməsini tələb və ya təklif edirsə bildirməlidir ki, nəyi nəzərdə tutur. Məsələn, mənim bir sıra təkliflərim var. Onlardan birini nümunə üçün bildrirəm. Ölkədə Ünvanlı Dövlət Sosial Yardımı alan ailələrdə 1 yaşınadək uşaqlara əlavə müavinət verilir. Təklif edirəm ki, yaş həddi 3 olsun. Bunun yaxşı və ya pis olmasını bir kənara qoyaq, amma bu konkret təklfdir. Yoxsa "uşaq pulu" deyilən müavinət sistemi haqqında elementar məlumatı olmayanların mücərrəd təklifləri havaya deyilən sözdən başqa heç nə deyil”.
Sahib Məmmədov bildirir ki, Azərbaycanda demoqrafik problem yalnız cinslə bağlıdır:
“Yəni selektiv abort nəticəsində qızların sayı azalır. Bu halda doğuşun stimullaşdırlması üçün bəzi mənfi göstəriciləri olan ölkələrin "ana kapitalı" tipli müavinətləri bizdə keçərli deyil.
Bizdə əhali hər il hər 1000 nəfərə 8,4 nəfər artır. Bu az qala dünya rekordu sayıla bilər. Məsələn, Rusiyada uzun illərin səylərindən sonra bu rəqəm 0-a çatıb, Macarstanda isə 7-dir”.