Bakının Ziya Bünyadov prospektində “20 yanvar” dairəsi istiqamətində (Atatürk prospekti ilə kəsişmədə körpüyə qalxan hissədə) yol-nəqliyyat hadisəsi baş verib. Hazırda hadisə baş verən hissəyədək sıxlıq müşahidə olunur.
Bu barədə HİT.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
“Məlumat üçün bildiririk ki, sıxlıq səbəbindən hərəkət sxemi həmin ərazidən keçən 5 müntəzəm və 1 ekspres xətt üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb. Bu kimi hallar öz növbəsində qarşıdakı dayanacaq məntəqələrində o cümlədən avtobuslarda sıxlıqların yaranmasına səbəb olur”, - BNA bəyan edib.