“İcra hakimiyyətləri bələdiyyələri irəli verib...” - Deputatdan ETİRAZ

ÖLKƏ
16:02 / 07.08.2020
809

“Dövlət Təhlükəsizlik Xidməti bir çox rayonlarda əməliyyat həyata keçirsə də, bəzi rayonlar bunlardan nəticə çıxarmayıb”.

HİT.Az xəbər verir ki, bunu Milli Məclisin bugün keçirilən iclasında millət vəkili Fazil Mustafa deyib. Deputat vurğulayıb ki, qanunsuz əməllər rayonlarda davam edir: 

“Qanunsuz əməllərini davam etdirən rayonlardan biri də Göyçay və digər rayonlardır. Dünən həmkarım Siyavuş Novruzov bildirdi ki, icra başçılarının səlahiyyətləri azdır, süpürgəçilərdən başqa heç kimə səlahiyyəti çatmır. Amma onu da unutmayaq ki, rayon icra hakimiyyətləri bir çox hallarda bələdiyyələri irəli verib öz qanunsuz işlərini həyata keçirirlər. Əgər onlara daha geniş səlahiyyət verilərsə, qanunları daha çox pozarlar. Onların səlahiyyətlərinin az olması, bəlkə də işin xeyrinədir”.

0