AXCP sədri Əli Kərimlinin sürücüsü Paşa Umudova 4 il 6 ay həbs cəzası kəsilib.
Avqustun 7-də Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanov onun haqqında belə hökm çıxarıb. Hökmə əsasən, Paşa Umudov CM-in 234.2 (narkotik maddə satışı) maddəsiylə təqsirli bilinib. Lakin P. Umudov bu ittihamla razılaşmayıb
P. Umudovun vəkili Zibeydə Sadıqova “Azadlıq” radiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək.
Paşa Umudov 2019-cu il oktyabrın 16-da həbs edilib.
Modern.az