Bakıda 7 avtomobil toqquşdu

ÖLKƏ
20:32 / 07.08.2020
1037

Bakıda zəncirvari qəza olub.

Qəza paytaxtın Heydər Əliyev prospektində, keçmiş "Komsomol" dairəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan 7 avtomobil toqquşub.

Xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Bir müddət yolda tıxac yaranıb, əraziyə yol polisi əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

0
Unikal.org