Karantin qaydalarına riayət edilməsə və yoluxmalar alovlansa, təəssüf ki, yenidən sərtləşdirməyə getməyə məcbur olacağıq.
HİT.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov qeyd edib ki, dünyanın heç bir yerində virus bitməyib:
"Sosial şəbəkələrdə yazırlar ki, "filan ölkədə karantin yoxdur, insanlar maska da taxmır və s.". Mən demək istəyirəm ki, bunlar kökündən yanlış fikirlərdir".