Pozuntulara görə cərimələr sərtləşəcək - Nazir müavini 

ÖLKƏ
11:57 / 08.08.2020
1006

"Hökumət biznes fəaliyyətinin canlandırılması istiqamətində müvafiq tədbirlər görür".

Bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazir müavini bir sıra iş yerləri və obyektlərin açılması istiqamətində müzakirələr aparıldığını deyib: “Biz sahibkar, dövlət, vətəndaş biriliyini bir daha nümayiş etdirəcəyimizə əminik”. 

R.Nəcəf  yumşaldılma ilə yanaşı cərimələrin sərtləşməsi, daha sərt cərimə tətbiqi ilə bağlı müzakirələr aparıldığını əlavə edib: "Təkcə maliyyə sanksiyalarından söhbət getmir. Burada daha sərt cəza mexanizmlərinin tətbiqi ilə bağlı müzakirələr gedir”.

1
Mediapost.az