Bəzi şəxslərə əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək - RƏSMİ

ÖLKƏ
12:23 / 08.08.2020
1621

“Maliyyə dəstəyi paketi vergi ödəyicilərinə şamil olunur. Bu şəxslərə onların əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib.

Onun sözlərinə görə, 250 manat isə fərdi mikrosahibkarlara aiddir:

“215 min işçisi olan 29 mindən çox sahibkara 98 milyon manat məbləğində ödəniş edilib. Eyni zamanda, 107 minə yaxın fərdi mikrosahibkar müraciət edib, onlara 63,6 milyon manat vəsati ödənilib.

İkinci mərhələdə eyni sahibkarlara dəstəyin göstərilməsi nəzərdə tutulub. Həmçinin, avqustun 10-dək vaxt verilmişdi ki, dəstəyə ehtiyacı olanlar və almayanlar da müraciət etsinlər. Bəzi hallarda vergi ödəyicilərinin qeydiyyat kodunda, fəaliyyət sahəsində problem olduğunu görürük.

Onların faktiki fəaliyyəti ilə uçotda göstərdikləri fəaliyyət sahələri üst-üstə düşmür. Onlar bu məlumatları yoxlasınlar.  Səhvlər varsa, düzəltsinlər, çünki alacaqları yardım bundan asılıdır”.

Nazir müavini əlavə edib ki, pandemiya dövründə bir sıra xarici investorlarla müzakirə aparılıb:

“Azərbaycana investisiya yatırmağa maraqlı olan böyük xarici şirkətlər var. Müəyyən gediş-gəlişlə bağlı problemlərə görə layihələrin icra sürəti ləngiyir.

Azərbaycanın iqtisadiyyatının post-pandemiya dövründə inkişafında özəl sektorun rolunu görürük. Xarici investorların fəal şəkildə cəlb olunmasına çalışacağıq”.

2
oxu.az