Qulu Məhərrəmli: Süleyman Rüstəm Rəsulzadənin məzarında dizi üstə ağlayıb - VİDEO

ÖLKƏ
17:11 / 10.08.2020
1457

“Süleyman Rüstəm dizini yerə qoyub Rəsulzadənin məzarı üstündə ağlayıb.”

Bu sözləri müğənni Murad Arifin “Popumuz var” verilişində tanınmış media eksperti, BDU-nun professoru Qulu Məhərrəmli deyib. O bildirib ki, hadisə 1966-cı ildə baş verib:

“1966-cı ildə səhv etmirəmsə, Ankarada sovet mədəniyyət işçilərinin tərkibində Süleyman Rüstəm də olub. Azad Şərifov da o vaxt orada “Lidl qazeta”nın müxbiri imiş. Süleyman Rüstəm Azad Şərifova yaxınlaşıb və deyib ki, məni Rəsulzadənin (Məhəmməd Əmin Rəsulzadə) qəbrinin üstünə apar. Azad Şərifov da deyir ki, “problem yoxdur, sabah qrupunuz otelə gələndə mən yolun o tərəfində taksidə gözləyəcəyəm, gedərik”. Gediblər əsri məzarlığına, onu Rəsulzadənin məzarı ilə baş-başa qoyub. Biraz kənara çəkilib, görüb ki, Süleyman Rüstəm dizini yerə qoyub Rəsulzadənin məzarı üstündə ağlayır. Süleyman Rüstəm Bütün ömrü boyu sovet dövrünü vəsf edib. Yoldaşının xatirələrində var ki, Rəsulzadə “Koroğlu” uvertürasını eşidəndə çox ciddi şəkildə sarsılıb. Mən hesab edirəm ki, “Koroğlu” uvertürası, musiqi dili ilə Azərbaycan Cümhuriyyətinin hekayətidir. Mən bilirəm ki, Rəsulzadə onu duyub”.

1
Yeniavaz.com