Bakıda iş adamlarına bənzəyən dələduzlar peyda olub

ÖLKƏ
22:00 / 10.08.2020
981

Bakıda iş adamlarına bənzəyən dələduzlar peyda olub.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumatda bildirilir ki, həmin dələduzlar pul yükləmək üçün "e manat”, ”milliön” aparatı qoyulan marketlərə girir:

"Onlar saxta pulu marketdə işləyənlərə verirlər ki, bəs bu pulu aparat götürmür, xahiş edirəm bunu dəyişin. Bir neçə gün öncə qonşu marketə 300 manat atıblar”.

Məlumatda onu da qeyd ediblər ki, həmin dələduzlar səliqəli geyinirlər və özlərini iş adamlarına bənzədirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilən məlumata görə, belə bir hadisə ilə bağlı hər hansı fakt və şikayət qeydə alınmayıb.

0
Qaynarinfo.az