Məşhur aktyor çəkildiyi serialdan qovuldu - FOTO

MAQAZİN
10:20 / 11.08.2020
1701

Tanınmış aktyor Ozan Güvən "Babil" serialından qovulub.

HİT.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb kimi onun sevgilisi Dəniz Bulutsuzu döyməsi barədə xəbərlərin yayılması olub. Aktyorun bu həftə yeni sezonunun çəkilişləri başlayan "Babil" serialında rol almayacağı bildirilir.

Ozan Güvən isə yayılan xəbərlərin əsassız olduğunu, sevgilisinə qarşı şiddət tətbiq etmədiyini deyib.

Qeyd edək ki, “Babil”də Halit Ergenç, Aslı Enver, Birce Akalay kimi məşhurlar rol alıb.

0