Əsrimizin bəlası şirniyyat - İmtina etməyin 9 qaydası

DÜNYA
22:43 / 11.08.2020
1082

Qədərindən artıq şirniyyat yemək bir sıra xəstəliklərlə yanaşı, dəmir, xrom və maqnezium kimi mineralların çatışmazlığı ilə də nəticələnir.

Teleqraf.com şirniyyatdan imtina etməyin 9 qaydasını təqdim edir.

1. Kalorisi çox olan və uzun müddən ac qalacağınız pəhrizlərdən çəkinin. Aralarında 3-4 saat fasilə olmaqla az miqdarda qidalanın.

2. Təzə və qurudulmuş meyvələri süd, ayran, kefir, qatıq və çiy badam, fındıq və qoz əlavələri ilə birlikdə istehlak edin.

3. Yüksək qlisemik indeksə malik olan və qan şəkərini sürətlə artıran, qida dəyəri olmayan karbohidratlar əvəzinə bulqur, qarabaşaq yarması, bütün taxıl qidaları və paxlalılar kimi karbohidratlarla qidalanın.

4. Gündəlik lif istehlakını artırın. Yüksək lif tərkibli qidalar həzm prosesini gecikdirərək, gün ərzində daha çox tox qalmağınıza və qan şəkərinizin daha balanslı olmasına kömək verir.

5. Kefir, qatıq kimi probiotik qidaları pəhrizinizə daxil edin.

6. Yeməklərinizdə bol ədviyyat istifadə edin. Mətbəxinizdə darçın üçün xüsusi yer ayırın.

7. Gün ərzində bol su için.

8. Kifayət qədər yatmağa və stresdən uzaq olmağa çalışın.

9. Mütəmadi olaraq məşq edərək serotonin hormonunun ifrazını artırın.

0