AZAL-dan işdən çıxarılanlarla bağlı AÇIQLAMA

ÖLKƏ
12:08 / 11.08.2020
994

Mətbuatda yayılan məlumata görə, Prezident İlham Əliyevin şirkətlərin yarıtmaz fəaliyyətini sərt şəkildə tənqid etməsindən sonra AZAL-da təmizləmə əməliyyatı aparılıb. Belə ki, şirkətin Təhlükəsizlik İdarəsinin rəhbər heyəti tamamilə işdən azad edilib. İşdən azad edilən şirkət təmsilçiləri sırasında Baş İdarə rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayilov və Əli Qurbanəliyev də yer alır. Həmçinin  Təhlükəsizlik İdarəsinin şöbə rəisi Mehman Qədiməliyevin də işdən azad edilməsi ilə bağlı ərizəsi alınıb.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən  AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski bu haqda rəsmi məlumatın olmadığını vurğulayıb:

“Rəsmi məlumat olan kimi, biz onu paylaşacağıq” deyə bildirib. Qurum rəsmisi iddiaları nə təkzib, nə də təsdiq edib.

0