Azərbaycanda SMS icazə ləğv edildi (RƏSMİ)

ÖLKƏ
07:53 / 18.05.2020
1308

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi 18 may 2020-ci il saat 00:00-dan etibarən ləğv edilib.

Hit.Az-ın xəbərinə görə, bu barədə Nazirlər kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyəti, aktiv xəstə sayı və yoluxma sürətini əsas götürülməklə, bu qərarı verib.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yaşayış yerini SMS icazə ilə və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi mayın 4-dən ləğv olunub.

0