Sosial şəbəkələrdə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbin 40 ilə yaxındır qəzalı vəziyyətdə olması ilə bağlı görüntülər yer alıb.
HİT.AZ Report-a istinadən xəbər verir ki, ümumtəhsil müəssisəsinin artıq 40 ilə yaxındır təmir edilmədiyi qeyd olunub.
Görüntülərdə məktəb binasının fasadının nəmişlikdən kif bağladığı və yararsız hala düşdüyü görünür. Eyni zamanda məktəb şagirdlərin istifadəsi üçün yararsız hala düşüb.
Təhsil Nazirliyindən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan təhsil müəssisəsinin təmir məsələsinə növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində baxılması nəzərdə tutulur.