Xəbər verdiyimiz kimi avqustun 11-də kornavirusa yoluxanların sayında artım müşahidə olunub. Belə ki, 84 yoluxma yeni faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Yoluxanların sayında artma dinamikası davam edərsə sərt karantin rejimi uzadıla bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, avqustun 11-nə olan rəqəmlər heç də ürəkaçan olmadı:
"Dövlət hər zaman vətəndaşını qorumalıdır. Bu günə kimi dövlətimiz tərəfindən atılan addımların hər biri vətəndaşını qorumaq məqsədi daşıyır. Bu səbəbdən artım olarsa, yenidən sərtləşməyə gedilə bilər. Hər şey vətəndaşlarımızdan asılı olacaq. İnsanlarımız məsələyə laqeyd yanaşsa, qoyulan qaydalara əməl etməsələr yoluxanların sayı yenidən arta bilər. Yoluxanların sayı artarsa da dövlət məcburdur ki, yenidən sərt karantin rejiminin müddətini uzatsın. Əgər bunun baş verməsini istəmiriksə qoyulan qaydalara əməl etməliyik. Qapalı yerlərdə maska taxıb, sosial məsafəni qoruyub, şəxsi gigyenik qaydalara əməl etməyimiz vacibdir. Əgər məsuliyyətli olub, dövlət tərəfindən görülən tədbirlərə dəstək olsaq normal həyatımıza tez qayıda bilərik".