35 milyonluq malikanənin zirzəmisində 30 illik cəsəd tapıldı

DÜNYA
21:48 / 12.08.2020
1237

Parisin ən məşhur rayonlarından birində yerləşən, tərk edilmiş 35 milyon avroluq malikanənin bərpası üçün görülən işlər 30 il zirzəmidə gizlədilmiş cəsəd aşkar edildikdən sonra dayandırılıb.

Bu barədə “The Guardian” məlumat yayıb.

Fransa Baş nazirinin iqamətgahından bir neçə dəqiqəlik məsafədə yerləşən malikanə 30 ildir ki, boş qalıb. Yanvar ayında isə 35,1 milyon avro qarşılığında Niderland şirkətlərindən birinə satılıb.

Bundan sonra şirkət malikanədə təmir-tikinti işlərinə başlayıb. Görülən işlər zamanı binanın zirzəmisindən cəsəd tapılıb.

Şəxsiyyəti müəyyən edilən cəsədin Jan Pyer Reno adlı şəxsə aid olduğu bəlli olub. Həmçinin, cəsəddə bıçaqlanma və sınıq izləri aşkarlanıb.

0
Oxu.az