"Məktəblərin hansı formada açılacağı ilə bağlı təlimat almamışıq, bu haqda müzakirələr davam edir və kompleks tədbirlər planı hazırlanır".
Bu sözləri azxeber.com-a açıqlamasında Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunu müdiri Cəsarət Valehov deyib.
O bəzi xəbər saytlarında yayımlanan "Məktəb direktorlarına yeni dərs ili ilə bağlı təlimatlar verilib" xəbərininin rəsmi olmadığını bildirib: "Bununla bağlı müzakirələr gedir və rəsmi qurumlar kompleks tədbirlər planı hazırlayır. Yaxın zamanda ictimaiyyətə geniş məlumat veriləcək".