Sumqayıtda qeyri -qida satışı ilə məşğul olan mağazalarda reyd keçirilib.
Yoxlama zamanı maskadan istifadə etməyən vətəndaşları obyektlərə buraxdıqları üçün sahibkarlara irad tutulub. Həmçinin vətəndaşların, eləcə də ictimai-iaşə və ticarət obyektlərində çalışanların sağlamlığı baxımından gigiyenik qaydalara əməl olunmasının vacibliyi obyekt sahiblərinin diqqətinə çatdırılıb.
Qaydaları pozanlar barəsində qanunvericiliyin tələblərinə uyğun olara inzibati cəza tədbirləri görülüb.
Xeberle.com