Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
HİT.Az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Açıqlamada “İkitərəfli gündəliyin aktual mövzuları müzakirə edilib. Rusiya-Azərbaycan tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib. İlham Əliyev Vladimir Putini Rusiyanın koronavirusa qarşı hazırladığı vaksinin təsdiqlənməsi münasibətilə təbrik edib”, - deyə bildirilib.
Dövlət başçıları həmçinin ötən ay Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı danışıb.