Bişkek Şəhər Məhkəməsi Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevə qarşı hökmü qüvvədə saxlayıb.
HİT.Az xəbər verir ki, bu barədə məhkəmə iclasında məlumat verilib.
İyunun 23-də Bişkekin Pervomaysk Rayon Məhkəməsi Atambayevi kriminal avtoritet Əziz Batukayevi sərbəst buraxdığına görə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
2006-cı ildə Batukayev Bişkek ətrafındakı koloniyaların birində iğtişaşlar təşkil etdiyinə görə 16 il 8 ay müddətinə həbs edilib.
İstintaqın məlumatına görə, onun azad edilməsində yüksək vəzifəli şəxslər, o cümlədən eks-prezident Atambayev iştirak edib.
Onlar “korrupsiyanı mütəşəkkil cinayətkar qrupun maraqları naminə təşkil etməkdə” ittiham olunurlar.
konkret.az