Rus nazirdən BƏYANAT: Heç kimə satmırıq

DÜNYA
17:52 / 14.08.2020
1070

“Sputnik V” peyvəndinə xaricdən çox sayda tələb gəlir.

Bu sözləri Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.

Dünyada qeydiyyata alınan ilk koronavirusa qarşı peyvəndə dair danışan nazir bildirib ki, hələlik, peyvəndi ixrac etmək haqqında düşünmürlər: “Hər şeydən əvvəl daxili bazarın tələbatını ödəməliyik. Peyvənd ilk mərhələdə risk qrupundakı insanlara veriləcək. Mən özüm də peyvənd vurduracam. Kütləvi istehsal artıq başlayıb”.

0
Publika.az